AZ

Cengiz Ünder İtaliya A seriyasında çıxış edə bilər

İtaliya A seriyasında çıxış edən “Torino” klubu “Fənərbağça”nın futbolçusu Cengiz Ünderin transferində maraqlıdır.

AzPost bildirir ki, bu barədə Oxu.Az “SporX”ə istinadən xəbər verir. Belə ki, İtaliya klubu türkiyəli futbolçu üçün 10 milyon avro ödəməyə hazır olduğunu bildirib.

“Torino” klubunun rəsmiləri Cengiz Ünderin yarımmövsümlük maaşının tamamını ödəyəcəklərini bildiriblər.

Qeyd edək ki, Cengiz Ünder 2023-cü ilin yazında “Marsel” klubundan 15 milyon avro qarşılığında transfer olunmuşdu.

Seçilən
41
1
azpost.info

2Mənbələr