YouTube-da yayımlanan TV-nin rəhbərləri qandallanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul prokurorluğu məlumat yayıb.
Bildirilib ki, YouTube-da yayımlanan “Medya HABER TV” adlı kanalda PKK/KCK terror təşkilatının təbliğatının aparılması, üstəlik Türkiyə ordusuna böhtan atılmaıs ilə bağlı cinayət işi açılıb: "Cinayət işi çərçivəsində yerləri müyəən olunan 6 nəfər qandallanıb".
Məlumata görə, onlar PKK-nın təbliğatı ilə yanaşı, Türkiyə ordusunun guya PKK-ya qarşı əməliyyatda qadağan olunmuş silahlardan istifafdə etdiyini iddia ediblər: "Məhz bu səbəbdən kanalın 5 aparıcısı, reportyor və proqram prodüseri daxil olmaqla, 8 şübhəli barəsində axtarış olunub. Onlardan 6-sı saxlanılıb, 2-si isə axtarılır".
Firudin Səfərli
MİA.AZ