AZ

Reper Diddi kannibalizmdə ittiham olunur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Müğənni Sara Rivers reper Diddini (Şon Kombs) adamyeyənlikdə ittiham edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Diddy: The Making of a Bad Boy" sənədli filmində danışıb.
Rivers xatırladıb ki, Kombs MTV-nin "Making the Band" verilişinin çəkiliş meydançasında özündən çıxıb və həmsöhbətinə "Məni çox qəzəbləndirirsən, sənin ətini yemək istəyirəm" demişdi. Müğənninin sözlərinə görə, reper çəkiliş iştirakçılarından birini döyməklə hədələyib.
Sentyabrın 17-də reper və prodüser Şon Kombs münsiflər heyətinin ona qarşı ittiham irəli sürməsindən sonra həbs edilib. P.Diddi üç ittiham üzrə təqsirli bilinərsə, onu ya ömürlük həbs, ya da minimum 15 il həbs cəzası gözləyir: reketlik, cinsi istismar məqsədilə insan alveri və cinsi istismar məqsədilə insanların daşınması.
Seçilən
18
oxu.az

1Mənbələr