AZ

"Qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması əsas məqsədimizdir" - QHT sədri

"“Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi, milli qeyri-hökumət təşkilatı olaraq, qaçqın və məcburi köçkünlərə dəstək məqsədilə fəaliyyət göstərir. Təşkilat, Qaçqın və Məcburi Köçkünlərə Yardım Cəmiyyətinin bazasında yaradılmışdır. Bu cəmiyyət 1999-cu ilin 27 aprel tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış və qeydiyyat nömrəsi 1114 olub".

Bu sözləri Birliyin sədri Telman Dadaşov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, cəmiyyətin 2006-cı il 5 sentyabr tarixində keçirilmiş 16-cı konfransında, cəmiyyətin adının dəyişdirilərək "Tərəqqi" Sosial İnkişaf İctimai Birliyi olaraq təsis edilməsi qərarı qəbul olunub:

"Bu qərara əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilmiş və 10 yanvar 2007-ci il tarixində cəmiyyətin adı dəyişdirilərək, “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi olaraq yenidən dövlət qeydiyyatına alınıb. Bu dəyişikliklər təşkilatın daha geniş ictimai dəstəyi təmin etməsi və məqsədlərinə daha uğurla xidmət etməsi baxımından əhəmiyyətlidir. “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi, həmçinin, qaçqın və məcburi köçkünlərin sosial inteqrasiyasına, onların hüquqlarının qorunmasına yönəlmiş müxtəlif layihələr həyata keçirir".

QHT sədri birliyin bundan sonra da sosial problemlərlə bağlı fərqli proqramlar və təşəbbüslərlə fəaliyyətini genişləndirəcəyini qeyd edib.

 

Pərvanə Fərhadqızı

Seçilən
34
7
qht.az

6Mənbələr