AZ

Xüsusi notariusun gəlir vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı vergi YOXLAMASI

Xüsusi notariusun gəlir vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı vergi yoxlamasına aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarında əksini tapıb.

Xüsusi notariusun gəlir vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən aşağıdakı risk meyarları nəzərə alınmaqla Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır:

– Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

– Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

– Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

– Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

Seçilən
31
heftelik.az

1Mənbələr