Çinin “Xiaomi” şirkəti akkumlyator tutumu 7500 milliamper/saat olan yeni smartfon istehsal edərək rekorda imza atacaq.
Publika.az xəbər verir ki, “Redmi” seriyasından buraxılacaq ağıllı cihazın şirkətin ən çox satılan məhsuluna çevriləcəyi gözlənilir.
Buna qədər 7500 milliamper/saat həcminə malik akkumlyatorlar yalnız xüsusi peşə sahibi olan istifadəçilər üçün nəzərdə tutulan smartfonlarda mövcud olub.
İri tutumlu akkumlyatora malik “Xiaomi” smartfonunun bu ilin sonuna kimi təqdim olunacağı deyilir.