ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoymaq vədini şərh edərkən bunun üçün hələ yarım gününün olduğunu bildirib...
Poliqon xəbər verir ki, Tramp bunu Oval kabinetdə jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Tramp qeyd edib ki, bu məqsədə çatmaq üçün hələ yarım günü var”, deyə CNN telekanalı bildirib.
ABŞ prezidenti əlavə edib ki, Amerikanın yeni administrasiyası bunu mümkün qədər tez etməyə çalışacaq.
Tramp əlavə edib ki, münaqişəyə son qoymağın mümkün vaxt çərçivəsini yalnız Rusiya prezidenti Vladimir Putinlə “çox yaxında” baş tuta biləcək söhbətdən sonra anlayacaq.
Respublikaçı həmçinin əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski Moskva ilə sövdələşməyə hazırdır.
Respublikaçının ABŞ-ın 47-ci prezidenti kimi andiçmə mərasimi yanvarın 20-də Capitol Rotundada baş tutub. Mərasim 40 ildə ilk dəfə olaraq, Kapitolinin pilləkənlərində açıq havada keçirilmirdi.
Poliqon.info