ABŞ prezidenti Donald Tramp Ukrayna və digər ölkələrə yardımın 90 gün müddətinə dayandırılacağı barədə fərman imzalayıb...
Poliqon xəbər verir ki, bu barədə “Los Angeles Times” yazıb.
Materialda deyilir ki, Tramp ABŞ-ın bütün xarici yardım proqramlarının öz siyasət məqsədlərinə uyğunluğunu müəyyən etmək üçün nəzərdən keçirilməsini gözləyərək 90 gün müddətinə müvəqqəti dayandırmaq barədə sərəncam imzalayıb.
Nəşrin məlumatına görə, fərmanın təsirinə məruz qalacaq yardımın dəqiq məbləği məlum deyil. Sərəncamda deyilir ki, xarici yardım sənayesi və bürokratiya Amerikanın maraqlarına uyğun deyil və həmçinin ölkələr arasında ahəngdar münasibətlərə zidd olan ideyaları təbliğ etməklə dünyada sabitliyi pozmağa kömək edir.
Poliqon.info