Tanınmış saç baxımı markası AMİKA ("Mirrorball High Shine + Protect Antioxidant Shampoo) məhsulunu könüllü olaraq geri çağırıb.
Mia.az-ın məlumatına görə, bu qərar bəzi istehlakçıların məhsulun qoxusunda dəyişiklik və nadir hallarda müvəqqəti qıcıqlanma kimi şikayətlərindən sonra qəbul edilib.
Araşdırmalar nəticəsində məhsulun bəzi partiyalarında "P. gergoviae" adlı bakteriya aşkarlanıb: "Bundan sonra isə məhsulun bütün satış nöqtələrindən geri çağırılması qərara alınıb. Bununla da ən azı bir milyon məhsul geri qaytarılaraq məhv ediləcək. Artıq "Pluralibacter gergoviae" adlı təhlükəli bakteriyanın aşkarlanmasından sonra xüsusilə "Walmart", "Sephora" və "Amazon" kimi iri satış nöqtələrindən şampunlar toplanılır".
"Excelsior" və AFT mənbələrinin məlumatına görə, Türkiyədə də satışda olan tanınmış AMİKA markası geri yığılır: "Sağlamlıq üçün ciddi təhlükə yaradan bakteriyanın aşkarlanmasından sonra 980 min ədəd "Mirrorball High Shine ", üstəgəl Qoruyucu şampunu geri toplanır".
Əzizə Hakverdi
MİA.AZ