Nyu-Yorkun Demokratik nümayəndəsi Cerri Nadler milyarder İlon Maskı Donald Trampın andiçmə mərasimini qeyd edərkən nasist salamı ilə sağ qolunu qaldırdığına görə sərt tənqid edib...
Poliqon xəbər verir ki, o bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Cerri Nadler milyarder və sahibkarın bu cür hərəkətlərinin yolverilməz olduğunu vurğulayıb.
“Bu iyrənc jestin cəmiyyətimizdə yeri yoxdur və bəşər tarixinin ən qaranlıq fəsillərinə aiddir. Mən bütün həmkarlarımı birləşməyə və bu mənfur jesti pisləməyə çağırıram”, o, yazıb.
Poliqon.info