Sən demə, adı açıqlanmayan Azərbaycan klublarından biri 1 milyon avro qiyməti olan futbolçuya "elçi düşüb". Bu barədə Bolqarıstanın “Matç Teleqraf” nəşri yazır. Nəşrin yazdığına görə, adı çəkilməyən Azərbaycan futbol klubu Bolqarıstanın “Beroe” komandasının hücumçusu Leandro Qodoyla maraqlanır. 18 oyunda 12 qol vuran bu futbolçu üçün bolqar klubunun 1 milyon avro təzminat tələb etdiyi də bildirilir. 23 yaşlı futbolçunun bu klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.
Mətləb