Bakı. Trend:
Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsininəməkdaşları tərəfindən rayon ərazisində yol hərəkətitəhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlərkeçirilib.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.
Bildirilib ki, son 5 gün ərzində keçirilən tədbirlər zamanıavtomobili narkotiklərin təsiri altında idarə edən 14 sürücüsaxlanılıb. Tibbi müayinə zamanı onların narkotik vasitə qəbuledərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülərbarəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçünməhkəməyə göndərilib və hər biri 25 sutka inzibati qaydada həbsedilib.
"Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edəndaha 11 sürücü müəyyən olunaraq saxlanılıb.
Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydadainzibati protokol tərtib olunub.
Xaçmaz rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin təminedilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyatakeçiriləcəkdir",- deyə məlumatda qeyd edilib.