AZ

92 yaşlı təqaüdçü 100 min dolları eyvandan atdı

Yazını böyüt
Yazını kiçilt

Moskvada 92 yaşlı təqaüdçü fırıldaqçıların göstərişi ilə evində gizlətdiyi 100 min dollarlıq nağd pulu eyvandan atıb.

Hafta.az-ın Moskva Prokurorluğunun açıqlamasına istinadən yazdığına görə, fırıldaqçılar özlərini təqaüdçüyə videozəng vasitəsilə dövlət qurumlarından birinin vəzifəli şəxsləri kimi təqdim ediblər. Fırıldaqçılar texnoloji vasitələrdən istifadə edərək saxta şəxsiyyət yaradıb və təqaüdçünü qondarma cinayət əməliyyatında əməkdaşlığa razı salıblar.

Prokurorluqdan verilən məlumata görə, külli miqdarda pulu evində gizlətdiyini öyrənən təqaüdçünü fırıldaqçılar pulu təhlükəsiz saxlamaq üçün sığorta seyfi deyilən yerə çatdırmağa razı salıblar. Fırıldaqçılar təqaüdçüyə pulu eyvandan atmağı tapşırıblar və şəxsi həyatlarını qorumaq üçün bunu etməli olduqlarını bildiriblər. Təqaüdçü ona verilən göstərişə əməl edərək evin işığını söndürüb, fənərlə eyvandan çölə baxıb.

Hadisədən sonra fırıldaqçılar təqaüdçüyə bank hesabındakı digər pul vəsaitlərinin də təhlükədə olduğunu bildiriblər və onu geri götürməsini təklif ediblər. Lakin təqaüdçü vəziyyəti görüb və aidiyyatı qurumlara müraciət edib. Təqaüdçü ikinci dəfə pul çatdırmaq istəyərkən polis 20 yaşlı kuryeri cinayət başında yaxalayıb. Moskva Prokurorluğu telefonla edilən müraciətlərə etibar edilməməli olduğunu xatırladıb və vətəndaşları bu cür saxtakarlıqlara qarşı diqqətli olmağa çağırıb.

Seçilən
34
hafta.az

1Mənbələr