Bakı. Trend:
Yanvarın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakışəhərində Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasınahəsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkəmirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfranskeçirilir.
Trend xəbərverir ki, tədbirdə müstəqillik uğrunda mübarizə aparan Reyunyonxalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyətgöstərən təşkilatların rəhbərli, hüquq müdafiəçiləri, qeyri-hökuməttəşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər vətədqiqatçılar iştirak edir.
Konfransda Reyunyon xalqının öz müqəddəratını təyin etməkhüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatlarıngündəliyinə çıxarılması istiqamətində görülən işlər və bu xüsusdabeynəlxalq hüquqi mexanizmlər müzakirə olunacaq.
Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərindəPortuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildəXIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib vəBurbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniyaqurulub.
Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi vəsosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir.Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləriyerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrundagöstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə butəsir, adanın xarici ticarət və investisiyalar baxımından Fransadanyüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi vəişsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünügöstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunanidarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqınınöz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqla yanaşı,onların qərarvermə prosesində iştirakını da minimuma endirir.
Bu tədbir Reyunyon xalqının öz gələcəyini müstəqil şəkildəmüəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırışplatforması rolunu oynayacaq.