AZ

Bolqarıstan klubunun hücumçusu Azərbaycanda çıxış edə bilər

Bolqarıstan klubunun hücumçusu Azərbaycandan da təklif alıb.

Azərbaycan klublarından birinin Bolqarıstanın “Beroe” komandasının hücumçusu Leandro Qodoyla maraqlandığı bildirilir.

"Operativ Media" xəbər verir ki, bu iddia ilə Bolqarıstanın “Matç Teleqraf” nəşri çıxış edib.

Həmin klubun adı açıqlanmayıb. Məlumata görə, 23 yaşlı futbolçunun xidmətində Rusiyanın “Lokomotiv” və Bolqarıstanın SSKA klubları da maraqlıdır.

“Beroe”nin Qodoya görə 1 milyon avro təzminat tələb etdiyi də bildirilir. Onun bu klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.

Mərkəz hücumçusu olan Qodoy bu mövsüm “Beroe”nin heyətində bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 12 qol vurub (hamısın yüksək liqada)

Seçilən
20
operativmedia.az

1Mənbələr