AZ

Tramp sələfi Baydenin qəbul etdiyi 78 qərarı ləğv edib

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin dövründə qəbul edilmiş 78 qərarı ləğv edib.

Editor.az xəbər verir ki, Andiçmə mərasimindən sonra Vaşinqtonda təşkil edilən mitinqdə prezident Trampın imzaladığı ilk sənədin Bayden dövrünün 78 qərarının ləğvi olduğu açıqlanıb. Qeyd olunub ki, ləğv edilmiş qərarlar arasında fərman qanunları, sirkulyarlar və digər tədbirlər var. Yeni Prezident həmçinin federal qurumlara nəzarət tamamilə yeni administrasiyanın əlində olana qədər yeni qaydalar çıxarmağı qadağan edib.

Trampın imzaladığı sənədlər arasında bütün federal işçilərin uzaqdan işləməyi dayandırmasını və dərhal tam ştatlı ofis növbələrinə qayıtmasını tələb edən bir sərəncam da var.

//Gülnarə Abasova, Editor.az

Seçilən
11
50
editor.az

10Mənbələr