Reyunyonlular ada torpaqlarının öz sahiblərinə - xalqa qaytarılmasını tələb edirlər.
"Far.Az" xəbər verir ki, bunu "Ka Ubuntu" Müstəqillik hərəkatının Reyunyon bölməsinin koordinatoru Benjamin Klement Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, reyunyonlular tarixi-siyasi mübarizəni gücləndirməyə çalışırlar:
"Mədəniyyətimizi əlimizdən alanlardan təzminat tələb edirik. Bir daha deyirik ki, müstəmləkəçiliyi məhv edəcəyik".