Kriptovalyuta milyarderlərindən biri olan Mark Kuban “X”da memecoin buraxa biləcəyini açıqlayıb.
Valyuta.az-ın məlumatına görə, onun memecoinin xüsusiyyətləri “TRUMP”a bənzəyəcək, amma əsas bir fərq olacaq.
Bu fərq ondan ibarətdir ki, Mark Kuban sikkələrin satışından əldə edilən bütün gəlirin ABŞ Xəzinədarlığına köçürülməsini istəyir. Onun sözlərinə görə, pul kisəsinin ünvanı da izlənilə bilən şəkildə ictimaiyyətlə paylaşıla bilər.
O, ABŞ-ın borclarının bu yolla azaldıla biləcəyini düşündüyünü bildirib.
Əvəz Həsənov