AZ

Ukrayna vilayətinə son həmlələr: İşğal edilməmiş cəmi üç kəndi qalıb

Yanvarın 20-də Luqansk vilayətinin Novoyeqorovka kəndinin alınması ilə Rusiya ordusu Ukraynanın bu bölgəsinin tam ələ keçirilməsi uğrunda döyüşün son mərhələsinə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a rusiyalı hərbi ekspert Andrey Maroçko məlumat verib.

Ekspert bildirib ki, ruslar Luqanskın tam ələ keçirilməsi üçün Petrovskoy, Novolyubovka və Beloqorovka kəndlərini ələ keçirməlidirlər:

“Hazırda Rusiya qoşunları bölgənin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan yaşayış məntəqələrinin azad edilməsi (işğalı – red.) üçün döyüşürlər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
7
teleqraf.com

1Mənbələr