AZ

Bu gün Beynəlxalq Qucaqlaşma Günüdür

21 yanvar Beynəlxalq Qucaqlaşma Günüdür.Missiya.Az xəbər verir ki, 1986-cı ildə ABŞ-də Milli Qucaqlaşma Günü (National Hugging Day) kimi qeyd olunmağa başlayan həmin tarix sonralar bütün dünyada yayılıb.

Ənənəyə əsasən bu gün hər kəs, hətta bir-birlərini tanımayan insanlar belə bir-biriləri ilə dostca qucaqlaşır. Çox da uzaq tarixdə olmasa da, sözügedən günün kim tərəfindən yaradıldığı, yaranma səbəbi və niyə məhz bu tarixin seçilməsi məlum deyil. Qeyri-rəsmi məlumatlara görə bu gün tələbələr tərəfindən təsis olunub. Məhz bu gün gənc oğlan və qızlar heç bir səbəb olmadan bir-biriləri ilə qucaqlaşır, müxtəlif fleşmoblar təşkil edirlər.

Hər zaman sevgi ilə qalın, dünyanı yalnız müsbət hisslər xilas edə bilər.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
3
missiya.az

1Mənbələr