AZ

Premyer Liqa: "Çelsi" uğursuz seriyaya son qoyub

Premyer Liqanın 22-ci həftəsində "Çelsi" Vitor Pereyranın baş məşqçisi olduğu "Vulverhempton"u qəbul edib.

Apasport.az xəbər verir ki, "mavilər" 24-cü dəqiqədə Tosin Adarabioyonun qolu ilə hesabda önə keçib. Qonaq komanda ilk hissənin son dəqiqəsində hesabı bərabərləşdirib.

60-cı dəqiqədə Mark Kukurella ilə yenidən önə keçən "Çelsi" 66-cı dəqiqədə Noni Maduekenin vurduğu qolla fərqi 2-yə çatdırıb.

"Çelsi" 5 oyundan sonra xallarını 40-a çatdıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

"Qurdlar" isə Vitor Pereyra dövründə ardıcıl 3-cü məğlubiyyətini alıb. 

Qeyd edək ki, "Çelsi" Premyer Liqada son 5 matçın 2-də məğlub olub, 3-də isə 1 xalla kifayətlənib. 

Özbək futbolçu Premyer Liqa tarixinə düşüb

Alonso “Real”ı çalışdıra bilər

La Liqa: “Vilyareal” 3 xalı 4 qolla qazandı

“Fənər”in maraqlandığı futbolçu Argentina klubuna keçib

Rafinyadan Yamala jest

Seçilən
11
apasport.az

1Mənbələr