AZ

Sadiq Qurbanov: "Gürcüstan Baş nazirinin Azərbaycana səfəri liderliyimizin göstəricisidir"

“Gürcüstanın Baş nazirinin ilk rəsmi səfərinin ölkəmizdən başlaması Qafqazın lider ölkəsinin Azərbaycan olduğunun təzahürüdür”.

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş nazirinin İrakli Kobaxidzenin qəbulu zamanı mətbuata açıqlamasına münasibət bildirən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitısinin sədri Sadiq Qurbanov deyib. O, bildirib ki, Prezidenti çıxışı zamanı iki ölkə arasında müxtəlif sahələrdəki əməkdalıqları yüksək qiymətləndirib: 

"Xüsusi ilə enerji sahəsində əməkdaşlığa toxunan dövlət başçısı energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyətini qeyd etmişdir. Prezident bildirmişdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək".

S.Qurbanov onu da bildirib ki, Gürcüstan Baş nazirinin ilk rəsmi səfərinin məhz Qafqazın lider ölkəsi olan Azərbaycana etməsi onu göstərir ki, regionda sülhün və sabitliyin təminatçısı məhz Azərbaycandır.

Seçilən
23
qht.az

1Mənbələr