AZ

Şirkətlərin "Ziraat Bank Azərbaycan"dakı əmanətləri 56% artıb

2024-cü ildə  "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 267,9 milyon manat (52%) artımla 787,6 milyon manata yüksəlib.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Məlumata görə "Ziraat Bank Azərbaycan"ın depozit portfelində də artım  müşahidə olunub.

Belə ki, bu dövrdə bank 565 milyon 654 min manat depozit portfelinə malik olub. Onun da 192 milyon  752 manatı fiziki, 372 milyon 903 manatı isə hüquqi şəxslərin əmanətləri olub.

2023-cü ilin sonu ilə müqayisədə depozit portfeli 154  milyon 232 min manat (37%), fiziki şəxslərin depozitləri 21 milyon 84 min manat (12%), hüquqi şəxslərin depozitləri isə 133 milyon 149 min manat (56%) artıb.

Seçilən
19
8
fed.az

10Mənbələr