AZ

Mövsümi virus infeksiyalarından qorunmağın yolları

Bakı. Trend:

Mövsümi virus infeksiyalarından qorunmaq üçün müəyyən qaydalaraəməl etmək lazımdır, məsələn, düzgün mikroiqlimin təminedilməsi.

Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da pediatr Regina Nemətova bildirib.

Onun sözlərinə görə hətta ən keyfiyyətli dərman preparatlarıbelə təmiz və nəmləndirilmiş hava qədər viruslara qarşı təsirlideyil:

"Uşaq bağçaları, məktəblər və digər uşaqların çox olduğuyerlərdə otaqlar mütəmadi olaraq havalandırılmalıdır. Xüsusiləistilik mövsümündə tənəffüs yollarının selikli qişalarınınqurumasının qarşısını almaq üçün nəmləndirici cihazlardan istifadəvacibdir. Şəxsi gigiyena qaydalarına riayət etmək sadə görünəbilər, lakin infeksiyaların qarşısının alınmasında əsas roloynayır".

R.Nemətova bildirib ki, uşaqların kütləvi toplanma yerlərindənuzaq tutulması tövsiyə edilir:

“Kəskin respirator infeksiyalar dövründə insanlar arasında dahaaz vaxt keçirməyə çalışın və maskalardan istifadə edin. Qripvirusuna qarşı peyvənd olunmaq vacib məqamlardan biridir. SəhiyyəNazirliyi tərəfindən ölkəmizə də qrip əleyhinə vaksin gətirilib. Buvaksinlər dünya protokollarında qəbul edilmiş və təhlükəsizliyi,effektivliyi sübuta yetirilən vaksinlərdir. Respirator xəstəliklərəgörə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamiləqadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan, 6aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvəndolunması xüsusilə vacibdir”.

Pediatr sonda vurğulayıb ki, qrip peyvəndi təhlükəsizdir vəuşaqlar üçün istifadəsinə icazə verilir.

Məqalədə:
Seçilən
19
3
az.trend.az

2Mənbələr