Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin VII turu start götürəcək.
Fanat.Az xəbər verir ki, günün yeganə qarşılaşması Türkiyədə baş tutacaq.
İstanbul nəhəngi “Qalatasaray” doğma azarkeşləri önündə Kiyev “Dinamo”sunu qəbul edəcək. “Əli Sami Yen”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
“Qalatasaray” 6 turdan sonra 12 xalla 6-cı sıradadır. “Dinamo” isə xalsızdır və 36 komanda arasında sonuncudur.
Qeyd edək ki, “Qarabağ” bu turda Rumıniyanın FCSB klubu ilə üz-üzə gələcək. Matç yanvarın 23-də Bakıda baş tutacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
19:30 Qalatasaray (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna)