AZ

Suriyanın yeni liderindən Trampa təbrik mesajı

Bakı, TurkicWorld

Suriyanın yeni lideri Əhməd əş-Şara ABŞ-ın 47-ci prezidenti kimi dünən rəsmi olaraq vəzifəyə başlayan Donald Trampa təbrik mesajı göndərib.

TurkicWorld xəbər verir ki, Suriyada 61 illik Baas rejimini devirən Hərbi Əməliyyatlar Komandanlığının rəsmi Telegram hesabında yayımlanan açıqlamada, Şara Trampın prezidentlik müddətinin uğurlu olacağına inandıqlarını vurğulayıb.

Yeni lider, ABŞ və Suriya arasında dialoq və anlayışa əsaslanan əlaqələrin formalaşmasını gözlədiklərini qeyd edərək, "Biz tam əminik ki, bu administrasiya ilə ABŞ və Suriya, hər iki xalqın gözləntilərinə cavab verən bir tərəfdaşlıq qurmaq şansı əldə edəcək. Prezident Trampa uğurlu prezidentlik müddəti arzulayır, Amerika xalqının davamlı gücü və rifahı üçün ən səmimi arzularımızı bildiririk." - deyə lider mesajında bildirib.

Seçilən
16
50
turkic.world

10Mənbələr