AZ

BRICS ölkələrinin ABŞ-la biznesinə 100% rüsum tətbiq edilə bilər

ABŞ prezidenti Donald Tramp BRİKS ölkələrinə qarşı ən azı 100% ticarət tarifləri tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki,  TASS ABŞ-ın yeni prezidentinin sözlərindən sitat gətirib: “Biz onların Birləşmiş Ştatlarla apardıqları işlərə ən azı 100% tariflər tətbiq edəcəyik”.

O, bunun sadəcə təhdid olmadığını, artıq ifadə etdiyi mövqe olduğunu vurğulayıb.

Bundan əvvəl Tramp Avropanın Amerika tərəfdən neft və qaz alışını artırmayacağı təqdirdə Avropa İttifaqını tariflərlə hədələmişdi.

Seçilən
11
9
ikisahil.az

10Mənbələr