Donald Trampın ABŞ prezidenti vəzifəsinə qayıtdıqdan sonra verdiyi ilk qərarlardan biri, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxması barədədir.
Marja xəbər verir ki, Tramp Baydenin prezidentliyi dövründə qəbul edilmiş 78 qərarı ləğv edən sərəncam imzalayıb.
Tramp, Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi prosesinə başlamaq barədə də qərar qəbul edib.
ABŞ vətəndaşlığının "doğuş hüququ ilə əldə edilməsinə" məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Donald Tramp qərar qəbul edib.