Nüvə müharibəsindən sonra nələrin baş verəcəyi indi bütün bəşəriyyəti düşündürür.
Herbiand.az xəbər verir ki, Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri apardıqları araştırmalardan sonra bu situasiyanı proqnozlaşdırmağöa nail olublar.
“Risk Analysis” jurnalının araşrımanın yekun hesabatına istinadən dərc olunan nəticələr görə, bu fəlakətdən yalnız beş ölkə salamat qurtula biləcək.
Tədqiqatçılar hesab edir ki, sağ qalmaq üçün əsas amil kənd təsərrüfatı məhsullarına mailk olmaq qabiliyyətidir. Nüvə partlayışından sonra atmosferə buraxılan his günəşin qarşısını kəsəcək.
Bir neçə il ərzində kənd təsərrüfatı məhsullarını 80 % azaldacaq və şimal yarımkürəsinin sakinləri üçün ölümcül olacaq.
Nüvə fəlakətindən sonra bəzi ada və yarımada dövlətlərin xillas olam imkanı olacaq. Bunlar Avstraliya, Yeni Zelandiya, İslandiya, Vanuatu və Solomon adalarıdır.