Hindistanda polis məmuruna ömürlük həbs cəzası verilib.
Yenisabah.az xəbər verir ki, Qərbi Benqal əyalətinin Kolkata şəhərindəki RG Kar xəstəxanasında ötən il baş verən hadisə ilə bağlı iş yekunlaşıb.
Hindistanda dövlət xəstəxanalarından birində həkimə qarşı cinsi təcavüz və qətlə yetirməkdə təqsirli bilinən polis məmuru Sanjay Roy ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, keçən il 31 yaşlı kursant həkim 36 saatlıq növbədən sonra xəstəxananın seminar otağında dincələn zaman cinsi təcavüzə məruz qalıb və öldürülüb. Həmkarları tərəfindən yarıçılpaq tapılan həkimin ölümündən sonra ölkədə etirazlar başlayıb və Hindistan Tibb Assosiasiyasının (IMA) çağırışı ilə həkimlər tətilə başlayıblar. Kolkata polisinin rəhbərlik etdiyi istintaq, "hücumun ört-basdır edildiyi və səhv idarə edildiyi" ictimai tənqidi səbəbiylə Federal Mərkəzi Təhqiqat Bürosuna verilib.
Aytac Şahin
Telegram kanalımız