Çinin Weibo sosial şəbəkəsində perspektivli altıncı nəsil qırıcının prototipinin əvvəllər məlum olmayan fotoşəkili dərc edilib.
Herbiand.az bildirir ki, bu barədə Naked Science yazıb.
Məlumata görə, fotoda göstərilən modeli Çinin Chengdu Aircraft Industry Group korporasiyası hazırlayıb.
Məlumdur ki, yeni təyyarə ilk uçuşunu 2024-cü ilin dekabr ayının sonunda edib. Onun haqqında məlumat azdır. Təyyarənin Chengdu J-36 adlandırıldığı güman edilir. Adı gövdə üzərində yazılmış seriya nömrəsindən gəlir. “36011” təyinatı Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin adlandırma sisteminə uyğundur.
Mənbənin sözlərinə görə, yeni qırıcı birbaşa hava döyüşü üçün nəzərdə tutulmayıb. Bunun əvəzinə, onun əsas missiyalarına döyüş pilotsuz uçan aparatlarına nəzarət, idarə olunan, həm də pilotsuz təyyarələri əhatə edən böyük döyüş sisteminə komandanlıq daxil ola bilər.
Bəxtiyar CƏFƏRLİ