Fələstin HƏMAS hərəkatının üzvləri tərəfindən qaçırılan Rusiya və İsrail vətəndaşı Aleksandr Trufanova Qəzza zolağında yaralanıb...
Poliqon xəbər verir ki, bunu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov “Rossiya-24” telekanalının efirində deyib.
Diplomatın sözlərinə görə, hazırda rusiyalının səhhəti tam qənaətbəxş deyil.
“Həmas rəhbərliyindən Rusiya tərəfinə onun bu yaxınlarda İsrail və HƏMAS arasında əldə edilmiş razılaşma çərçivəsində sağ-salamat geri qaytarılacağına dair qəti vəd var”, Viktorov bildirib.
Onun sözlərinə görə, Trufanov əsirlikdə olarkən deyil, oğurluq zamanı yaralanıb. Onun 3-4 həftə ərzində sərbəst buraxılacağı gözlənilir.
Poliqon.info