AZ

Tramp Maska da iş tapdı


ABŞ Prezidenti Donald Tramp hökumətin səmərəliliyinin artırmaq üçün yeni strukturun yaradılması haqqında fərman imzalayıb.
Yeniavaz.com
“NBC News” telekanalına istinadla xəbər verir ki, bu struktura onun tərəfdarı, milyarder İlon Mask rəhbərlik edəcək.
Prezidentin köməkçisi sənədi imzalamazdan əvvəl bunun hökumətin fəaliyyətinin səmərəliliyini artırmaq üçün qəbul edilmiş bir fərman olduğunu bildirib.
Jurnalistlərin Maskın Ağ Evin Oval Ofisində və ya Ağ Evin Qərb Qanadında yer alıb-almayacağı barədə sualına Tramp: “Xeyr, onun bütün bunların həyata keçirilməsini təmin etmək üçün 20 nəfərdən ibarət heyəti olacaq”, - deyə cavab verib.
Məlumata görə, yeni strukturun əsas məqsədi dövlət xərclərini azaltmaqdan və federal proqram təminatını özəl sektor standartlarına uyğunlaşdırmaqdan ibarət olacaq.
Seçilən
34
8
yeniavaz.com

10Mənbələr