AZ

Xəbərdarlıq edildi: “Bu vəziyyətə hazır olun”

2025-ci ildə Günəş aktivliyi daha çox olacaq və bu, güclü partlayışlarda özünü göstərə bilər. Bu isə geomaqnit qasırğalarına səbəb olacaq.

“Cebheinfo.az” xəbər verir ki, bunu fizika-riyaziyyat elmləri doktoru Aleksey Yurasov deyib.

Mütəxəssis əlavə edib ki, planetin maqnit sahəsindəki dalğalanmalar insan orqanizmindəki bioloji proseslərə təsir göstərə bilər: 

“İnsanlar elektrik xətləri, transformator yarımstansiyaları, elektrik nəqliyyatı və mobil telefon qüllələri tərəfindən yaradılan elektromaqnit sahələri ilə əhatə olunublar."

O qeyd edib ki, bəzi insanlar maqnit sahəsindəki dəyişikliklərə daha həssas ola bilər və bu, baş ağrısı, yorğunluq, əsəbilik və digər əlamətlərlə özünü göstərir.

Seçilən
12
cebheinfo.az

1Mənbələr