AZ

Ermənistan Aİİ-dən çıxmaq niyyətində olmadığını bəyan edib

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə respublika parlamentinin spikeri Alen Simonyan bildirib.

“Aİİ üzvlüyü Ermənistana iqtisadi fayda gətirir. Biz Aİİ-dən çıxmayacağıq”, - deyə rəsmi şərh edib.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da respublikanın Aİİ-dən çıxmaq istəməməsindən danışıb. Onun sözlərinə görə, İrəvan Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığı gücləndirməli, genişləndirməli və dərinləşdirməlidir, həmçinin digər təşkilatlarla əməkdaşlığı davam etdirməlidir.

Seçilən
7
1
operativmm.az

2Mənbələr