AZ

BTQ-nin təşkilatçılığı ilə “Reyunyonda Fransız müstəmləkəçiliyinin tarixi və müasir vəziyyət” adlı panel sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanınmüstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş"Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına vəsuverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransçərçivəsində “Reyunyonda Fransız müstəmləkəçiliyinin tarixi vəmüasir vəziyyət” adlı panel sessiyası keçirilib.

Trend xəbər verir ki, panelsessiyası zamanı müstəqillik uğrunda mübarizə aparan Reyunyonxalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyətgöstərən təşkilatların rəhbərli, dekolonizasiya üzrə ekspertlər vətədqiqatçılar çıxış edib.

Müstəqillik Uğrunda "Ka Ubuntu" təşkilatının rəhbəri RomainKatambara Qərb imperializminin dominatlığından azadlığın müstəmləkədövlətləri üçün önəmli xarakter daşıdığını bildirib.

"Bizim təşkilatımız Afrikadakı müstəmləkələrin müstəqilliyiuğrunda mübarizə aparır. Bizim üçün ən vacib məqam formal"müstəqillikdən" azad olmaq və real müstəqilliyi əldə etmək, eləcədə imperializmə qarşı effektiv mübarizə aparmaqdan ibarətdir. Bizimburada olmağımız Fransaya qarşı apardığımız mübarizəmiz baxımındanvacibdir. Fransa müstəmləkə altında saxladığı ölkələrdə gərginlikyaradır. Panafrikaçılıq hərəkatı Aftika xalqlarına müstəqillikqazanmağa imkan verən bir hərəkatdır. Reyunion olaraq çalışırıq ki,müstəqil dünya dövlətlərinin sırasına daxil olmaqla, Qərbimperializminin dominatlığından azad olaq. Bizim ölkəmiz Fransaüçün öz təsir gücünü qoruyub saxlamağa xidmət edən bir ölkədir", -o əlavə edib.

Mayottanın "CSUM Kollektiv Stop Uwambushu" hərəkatının üzvüFatima Mze Said qeyd edib ki, Reyunyonlular nə reyunyonlu, nə dəfransız kimi qəbul edilmir:

“Biz neokolonial sistemə qarşı mübarizə aparmalıyıq. ReyunyonFransa tərəfindən istismar olunur. Ona görə də biz birlikdə özləyaqətimizin müəyyənləşdirilməsi üçün mübarizə aparmalıyıq”

“Ka Ubuntu” Müstəqillik hərəkatının üzvü Benjamin Klementvurğulayıb ki, Fransa Reyunyon xalqına heyvani rəftargöstərirdi:

“Qadınları əməliyyat edirdilər yalandan bunun sağlamlıq üçünolduğunu bildirirdilər. Lakin onların bətnindən uşaqlarınıgötürürdülər. Həmin uşaqları fərqli yerlərə göndərirdilər. Həmçininonların adlarını, soyadlarını, doğum yerlərini dəyişdirirdilər.Beləliklə onların öz ailələri ilə əlaqələri tamamilə itirdi.Məcburi şəkildə minlərlə uşağı ailəsindən ayırırdılar”.

Sessiya çıxışlarla davam etdirilib.

BTQ-nin
BTQ-nin
BTQ-nin
BTQ-nin
BTQ-nin
Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr