Donald Trampın andiçmə zamanı əlini müədəs kitaba toxundurmamağı gündəm olub.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp prezidentlik andı içərkən birinci xanım Melaniya Trampın əlində tutduğu \"İncil”in üzərinə əlini qoymadan sonadək sağ əlini havada saxlayıb.
Daha əvvəl çıxışlarında tez-tez İncildən bəhs edən Trampın bu hərəkəti birmənalı qarşılanmayıb.
Qeyd edək ki, pratakol qaydasüına görə ABŞ prezidentlərinin andiçmədə əllərini müəddəs kitabın üzərinə qoyma kimi qanuni öhdəliyi yoxdur. Lakin xalqın güvəni üçün önəmli haldır.