Boğaziçi Universiteti Elektron Mühəndisliyi fakültəsinin sonuncu kurs tələbəsi Atakan Özkaya yeni süni intellekt platforması yaradıb. AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, proqram təminatı tələbələrə fərdi dərs köməkçisi və müəllimlərə işlərində dəstək olmaq məqsədi daşıyır. Platforma repitiror funksyasını icra edəcək.
Atakan Özkaya deyir ki, bunu yaratmağına əsas səbəb bir çox yerlərdə şagirdlərin qarşılaşdığı problemlər olub. O, 2021-ci ildə Sarıqamış səfəri zamanı rastlaşdığı ibtidai sinif şagirdindən eyni şikayətləri eşidib. Xüsusilə Covid-19 dövründə təhsildə yaşanan çətinliklərdən sonra bu mövzuda tələbələrə necə dəstək ola biləcəyi barədə düşünüb. Beləliklə də Türkiyənin yerli süni intellekt dəstəkli təhsil köməkçisi platformasını yaradıb. Yerli platforma müəllimlər üçün faydalı olacaq. Özkaya, platformanı təhsildə bərabər imkanlara töhfə vermək üçün həyata keçirdiklərini və tətbiqi ilk növbədə Türkiyədə istifadəyə vermək istədiklərini ifadə edib.
“Bunu Türkiyədə bir uğur hekayəsinə çevirə və daha da inkişaf etdirə, xaricdə, Afrikada və Hindistanda da tətbiq edə bilərik” deyə o vurğulayıb.