AZ

Fransa hələ də əlində olan torpaqların onun olmadığı qəbul etmir, müstəmləkədir - Jan Mişel Brün

Bakı. Trend:

Fransa hələ də qəbul etmir ki, əlində olan torpaqlar onun deyil,müstəmləkədir.

Trend xəbər verir ki, bubarədə Fransanın “Musulmans en France” xəbər portalının təsisçisivə baş redaktoru Jan Mişel Brün Bakı Təşəbbüs Qrupununtəşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyonadasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkəmirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalqkonfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa müstəmləkəsi assimilasiya siyasəti iləxarakterizə olunur.

“Fransa müstəmləkə ərazilərinə öz mədəniyyətini, tarixiniyeridir. Reyunyonda isə assimilasiya xüsusi forma aldı. Oradaəvvəllər etnik xalqların sayı çox idi. Amma orada bütün bu etnikmədəniyyətləri boğmağa çalışırdılar ki, yalnız Fransa mədəniyyətiolsun. Bu isə Reyunyon üçün ölümcül nəticələr doğurdu.

Bu gün bizim danışdıqlarımız lazımi yerlərə çatmalıdır ki,nəticə əldə edə bilək”,- deyə o bildirib.

Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərindəPortuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildəXIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib vəBurbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniyaqurulub.

Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi vəsosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir.Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləriyerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrundagöstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə butəsir, adanın xarici ticarət və investisiyalar baxımından Fransadanyüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi vəişsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünügöstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunanidarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqınınöz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqla yanaşı,onların qərarvermə prosesində iştirakını da minimuma endirir.

Seçilən
16
2
az.trend.az

4Mənbələr