AZ

Azərbaycanda tüğyan edən WEECOINS kripto valyuta alqı satqısı - VƏTƏNDAŞ NARAHATDIR

Ajans.az-a müraciət edən vətəndaşlar “Weecoins” adlı kripto valyuta alqı-satqısı ilə məşqul olan təşkilatın Azərbaycanda Bakı, Sumqayıt, Gəncə, Qəbələdə vətəndaşlarla sıx ünsiyyətə girərək kripto valyuta alqı-satqısı ilə məşqul olduğunu və bu prosesdən narahatlıqlarını ifadə ediblər. “Azebirja”da itirdiklər vəsaitlərdən sonra vətəndaşlar hazırda bu sistemin də qanuni olub olmaması barədə maraqlanırlar. 

Ajans.az - a edilən müraciətlə bağlı Mərkəzi Banka sorğu ünvanladıq. Mərkəzi Bank tərəfindən bu sistemin fəaliyyətinə nəzarət olub-olmamasını dəqiqləşdirdik. 

Bundan əlavə Mərkəzi Banka ünvanladığımız sorğuda kripto vallyuta alqı-satqısı edənlərin bu fəaliyyət növünə lisenziya almağa ehtiyac olmadığını bildirmələrini nəzərə alaraq vətəndaşlara tövsiyyələrini də öyrəndik.

Sorğumza cavab olaraq Mərkəzi Bankdan bildirdilər ki, hazırda Azərbaycanda kripto valyutalarla bağlı fəaliyyət xüsusi bir tənzimləmə çərçivəsi ilə əhatə olunmamışdır. Mərkəzi Bank kripto valyutaların alqı-satqısı üzrə  nəzarət mexanizminə malik deyil və hazırda bu fəaliyyət lisenziyalaşmır.

Bu o deməkdir ki, bu sahədə fəaliyyət göstərən təşkilatlar, rəsmi olaraq tənzimlənmədikləri üçün vətəndaşlar maliyyə itkiləri ilə üzləşə bilərlər. Mərkəzi Bank kripto valyutaların və digər virtual aktivlərin yüksək riskli investisiya aləti olduğunu vətəndaşların diqqətinə çatdırır.

Seçilən
10
Ajans.az

1Mənbələr