AZ

Qlobal iqtisadiyyat bu il sabit artım nümayiş etdirəcək

Qlobal iqtisadiyyatın 2025-ci ildə sabit artım nümayiş etdirməsi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “EY” peşəkar xidmətlər şəbəkəsi baş direktorlar arasında apardığı sorğuya əsasən məlumat yayıb.

Nəticədə məlum olub ki, sorğuda iştirak edən baş direktorların 73%-i öz şirkətlərinin artım perspektivlərinə inamlıdır. Bu göstərici sentyabrda 70, keçən ilin yanvarında isə 64% idi.

Vergilər, tənzimləmələr və ticarət rüsumlarının tətbiqi perspektivi biznes dünyasının liderləri üçün əsas məsələlər olaraq qalır. Bununla yanaşı, diqqətlər bazar ertəsi Ağ Evə qayıdan Prezident Donald Trampın siyasətlərinə yönəlib.

EY-in baş icraçı direktoru Canet Trunkale Dünya İqtisadi Forumunda CNBC-yə bildirib ki, Trampın prezidentliyinin hələ erkən günləri olsa da, qlobal baş icraçı direktorlar qarşıdakı il üçün inamlıdırlar.


Müəllif: Mirvari Əzizova
Seçilən
8
teleqraf.com

1Mənbələr