AZ

Cənubi Koreyada Yunun məhkəməsi başlayıb

“Yonhap” xəbər verir ki, Yun Seok Yeolun saxlanıldığı Seul təcridxanasından hərbi vəziyyətin elan edilməsi ilə bağlı iclasın keçiriləcəyi Konstitusiya Məhkəməsinə gətirilib.

Yerli vaxtla saat 14:00-da impiçment prosesi ilə bağlı dinləmələrə qatılan Yunun hərbi vəziyyətin elan edilməsi ilə bağlı müdafiə çıxışı edəcəyi gözlənilir.

Digər tərəfdən məhkəmə binası qarşısında toplaşan yüzlərlə insan Yuna dəstək nümayişi keçirib.

Konstitusiya Məhkəməsi işə baxılmağa başlayan 14 dekabr 2024-cü il tarixindən etibarən 6 ay ərzində Yunun işdən çıxarılması ilə bağlı qərarını verməlidir.

Seçilən
13
aznews.az

1Mənbələr