Qəzzaya 38 milyard dollarlıq ziyan dəyib
2023-cü ilin oktyabr ayından bəri hərbi əməliyyatlar nəticəsində Qəzza zolağına dəyən birbaşa ziyan ən azı 38 milyard dollar təşkil edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti rəsmi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, sektorda 137 təhsil müəssisəsi, 823 məscid, 3 kilsə, 206 mədəni və ya tarixi dəyərə malik obyekt, 161 mindən çox yaşayış binası dağıdılıb. Həmçinin, 160-dan çox tibb müəssisəsi atəşə tutulub.