Bakı, 21 yanvar, AZƏRTAC
Bakı Təşəbbüs Qrupuna pan-Afrika hərəkatına, neokolonializmlə mübarizədə göstərdiyi dəstəyə görə təşəkkür edirik. Bu, olduqca vacib və əhəmiyyətli bir addımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mayot adasının Azadlıq Liqasının (Qəmər adaları) prezidenti Mouhidine Mahamoud “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda söyləyib.
O bildirib ki, müstəmləkəçiliyə məruz qalan adaların dekolonizasiya edilməsi ilə bağlı qətnamələr olsa da, yerinə yetirilməyib: ”Bu qətnamələr müstəmləkəçiliyə son qoyulmasının özünü ehtiva edir. Təkcə Reyunyonun deyil, bütün adaların müstəmləkəçilikdən azad olunmasını istəyirik. BRICS-in güclənməsi ilə bəlkə də adaların müstəqillik fəaliyyəti sürətlənə bilər. Fransanın kolonial və müstəmləkəçi iştahasına son qoyması üçün birlikdə çalışmalıyıq”.