İkinci dəfə ABŞ-nin prezidenti seçilən Donlad Tramp 1946-cı ilin 14 iyununda Nyu-Yorkda dünyaya gəlib. D.Tramp alman əsilli, amerikalı iş adamı Fridrix Trampın nəvəsidir. Amerikalı iş adamı Fred Trampın 5 uşağından biridir. Mariana, Fridrix, Elizabet, Robert adında 4 bacı-qardaşı var. 1890-cı ildə Almaniyadan ABŞ-yə köç edən Frederik Trampın “Qızıl axtarışı dövrü”ndə qazandığı sərvət, Tramp ailəsinin biznes sahəsində yüksəlişinə səbəb olub. F. Tramp həmin dönəm əldə etdiyi sərvət hesabına ABŞ-də restoranlar və əxlaqsızlıq yuvaları açıb. Daha sonra Trampın əmlakçı atası bu sərvəti idarə etməyə başlayıb. Tramp isə atasının ardından həmin vəsaitlər hesabına siyasətə gələ bilmək uğurunda mübarizəyə başlayıb.
Trampa gəlincə, o məktəb illərində heç də yaxşı şagird olmayıb, 1960-cı illərin əvvəlində liseydən qovulub. Daha sonra hərbi akademiyada oxuyub və 1968-ci ildə marketinqlə bağlı təhsil alıb. D.Tramp ilk işinə böyük bir layihə ilə başlayıb. 1973-cü ildə Nyu-Yorkda 18 mərtəbəli, 290 mənzilli bir göydələn inşa etdirib. O, həmin vaxt 100 milyon dollara başa gələcək otelin tikintisi üçün bələdiyyədən 160 milyon dollar vergi güzəşti alıb.