AZ

Mayot adasının Azadlıq Liqasının prezidenti adaları Fransa müstəmləkəçiliyinə qarşı birləşməyə çağırdı

Image

Bakı Təşəbbüs Qrupuna pan-Afrika hərəkatına, neokolonializmlə mübarizədə göstərdiyi dəstəyə görə təşəkkür edirik. Bu, olduqca vacib və əhəmiyyətli bir addımdır.

Bu sözləri Mayot adasının Azadlıq Liqasının (Qəmər adaları) prezidenti Mouhidine Mahamoud “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda söyləyib.

O bildirib ki, müstəmləkəçiliyə məruz qalan adaların dekolonizasiya edilməsi ilə bağlı qətnamələr olsa da, yerinə yetirilməyib: ”Bu qətnamələr müstəmləkəçiliyə son qoyulmasının özünü ehtiva edir. Təkcə Reyunyonun deyil, bütün adaların müstəmləkəçilikdən azad olunmasını istəyirik. BRICS-in güclənməsi ilə bəlkə də adaların müstəqillik fəaliyyəti sürətlənə bilər. Fransanın kolonial və müstəmləkəçi iştahasına son qoyması üçün birlikdə çalışmalıyıq”.

ZÜMRÜD





Seçilən
10
baki-xeber.com

1Mənbələr