AZ

Oteldə yanğın: AKP-çi deputatın qızı itkin düşdü

Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu şəhərindəki dağ-xizək kurortundakı oteldə güclü yanğın olub.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, otelin 13-cü mərtəbəsində olan insanlardan hələ də xəbər almaq mümkün olmayıb.

Bildirilib ki, AKP-nin sabiq millət vəkili Mehmet Gülərin qızı, kürəkəni və nəvəsi həmin oteldə olub.

Məlumata görə, sabiq deputatın ailə üzvlərindən hələ də xəbər yoxdur.

Seçilən
25
axar.az

1Mənbələr