Bakı. Trend:
Biz iqlim maliyyəsi ianələrinin 1.3 trilyon dollara qədərartırılması ilə bağlı proqram hazırlamışıq.
Trend xəbərverir ki, bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri,COP29 prezidenti Muxtar Babayev Ümumdünya İqtisadi Forumunun“COP30-a aparan yol” mövzulu sessiyasında etdiyi çıxışdabildirib.
M. Babayev çıxışı zamanı COP29 nəticələrinin, xüsusilə inkişafetməkdə olan ölkələrə 300 milyard dollar vəsaitin ayrılması iləbağlı tarixi razılaşanın əhəmiyyətini vurğulayıb.
“Bu bütün dünya üçün, bütün dünya ictimaiyyəti üçün böyükuğurdur”, -deyə o bildirib. “Bundan əvvəl iqlim gündəminə töhvəverilməsi ilə bağlı möhkəm niyyətin və öhdəliklərin təsbit olunduğubir sənəd və ya razılaşma belə yox idi”, - o əlavə edib.
Nazir eyni zamanda, irəliləyişin növbəti mərhələsindən də sözaçıb, əsas diqqəti ianələrin 1,3 trilyon dollara qədər atırılmasıməsələsinə yönəldib.
“Biz ianələrin 1.3 trilyon dollara çatdırılmasının yolu iləbağlı proqram hazırlamışıq və Dünya İnkişaf Bankını, özəl sektoruvə digər maraqlı tərəfləri iqlim gündəminə qoşulmağa dəvət edirik”,- Babayev deyib.
Babayev COP30 ərəfəsində nikbinlik ifadə edərək, Braziliyakomandası ilə sıx əməkdaşlığın vacibliyini vurğulayıb:
“Biz COP30 komandasına, braziliyalılara dəstək olmaq üçünonlarla sıx əməkdaşlıq etməyi planlaşdırırıq”, -deyə o bildirib.“Bəli, yeni çağırışlar var, lakin yeni imkanlar da var. Gəlin bunanikbinliklə yanaşaq və belə fürsətlərdən yararlanaq”.
Nazir həmçinin, karbon bazarları sferasındakı irəliləyişdən sözaçıb.
“10 il aparılan müzakirələrdən sonra 6-cı maddə üzrə əsasrazılaşma əldə olunub”,- deyə Babayev qeyd edib.
“Tərəflər karbon bazarları, qeydiyyat, avtorizasiya və başqaaspektlərdə ortaq məxrəcə gəliblər. Biz artıq özəl sektor və irilayihələrin yaşıl iqtisadiyyata və iqlim təşəbbüslərinə yolunuaçmışıq”, - nazir qeyd edib.
Onun sözlərinə görə, COP29-un digər önəmli nailiyyəti, İtki vəZərər Fondunun tətbiqi olub:
“Göstərdikləri əzmə və konsensusa görə, bütün ölkələrə vəiştirakçılara təşəkkür edirəm, məhz bunların sayəsində biz Bakıdarazılaşmanın əldə olunmasına nail olduq”.