Braziliya millisinin sabiq futbolçusu David Luis özünə yeni komanda tapıb.
İdman.biz xəbər verir ki, “Çelsi” və PSJ-nin sabiq müdafiəçisi karyerasını vətənində davam etdirəcək.
37 yaşlı futbolçu “Fortaleza”ya keçib. O, yeni klubu ilə 2026-cı ilin sonunadək nəzərdə tutulan müqavilə imzalayıb. Anlaşmada sonradan bir illik uzadılma barədə bənd də yer alıb.
Qeyd edək ki, “Flamenqo”dan ayrılandan sonra klubsuz olan Luis yeni komandasına azad agent kimi qoşulub.
İdman.biz