Avropa İttifaqı ABŞ ilə ticarət üzrə danışıqlara hazırdır
Avropa İttifaqı (Aİ) ABŞ ilə ticarət danışıqları aparmağa və bu prosesdə öz maraqlarını müdafiə etməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen "X" hesabında paylaşım edib.
Bildirib ki, Aİ və ABŞ arasındakı dövriyyə qlobal ticarətin 30 faizini təşkil edir.
"Hər iki tərəf üçün çox şey risk altındadır. Prioritetimiz tez hərəkətə keçmək, ümumi maraqları müzakirə etmək və danışıqlara hazır olmaq olacaq. Biz praqmatik olacağıq, lakin həmişə öz prinsip və dəyərlərimizi müdafiə edəcəyik. Bu, Avropa yoludur", - Avropa Komissiyasının sədri əlavə edib.
Exchanges between account for 30% of global trade.
A lot is at stake for both sides.
Our priority will be to engage early, discuss common interests, and be ready to negotiate.
We will be pragmatic, but we will always stand by our principles and values.